“Azercell” Yardımlıda olan deputata “İrana xoş gəmisiniz” mesajı göndərdi – ŞİKAYƏTLƏR

“Azercell” Yardımlıda olan deputata “İrana xoş gəmisiniz” mesajı göndərdi – ŞİKAYƏTLƏR

Deputat Sabir Rüstəmxanlı mobil operatorla bağlı şikayətini dilə gətirib.

TEMPİNFO xəbər verir ki, onun sözlərinə görə parlment üzvü Yardımlı rayonunda olmasın baxmayaraq, “Azercell” onun mobil telefonuna “İrana xoş gəmisiniz” mesajı göndərib.

“Hörmətli “Azercell”! Mən İranda deyiləm! Azərbaycanda, Yardımlıdayam! Sən hansı haqla və məsuliyyətsizliklə mənim telefonuma “İrana xoş gəlmisiniz…” mesajı göndərirsən? Sən axı “Azercell”sən, İransell deyilsən!”, – deputat vurğulayıb.

Jurnalist Şəhla İbişova da qeyd edib ki, “Azercell” kimi böyük və nüfuzlu bir mobil operatorun bu cür məsuliyyətsiz yanaşması təəccübləndirir: “Azərbaycan ərazisində olarkən “İrana xoş gəlmisiniz…” mesajı almaq qəbuledilməzdir və hər bir abunəçinin haqlı narazılığına səbəb ola bilər. “Azercell” müştərilərinin yerləşdiyi yerin dəqiq müəyyənləşdirilməsi və uyğun xidmətlərin göstərilməsi sahəsində daha diqqətli və məsuliyyətli olmalıdır. Düşünürəm ki, “Azercell” belə qıcıq doğurucu xətaların təkrarlanmasının qarşısını almaq üçün lazımi addım atmalıdır!”

Bundan əlavə, tarixçi Dilqəm Əhməd də bildirib ki, sözügedən operatordan narazıdır: “Kənd Binəqədidə evdə olanda gün ərzində şəbəkə sıfırlanlr. Nə qədər şikayət etmişəm, yaşadığım ev və ətrafda şəbəkə tutmur, nə zəng edə bilirəm, nə zəng gəlir”

Yazıçı Şərif Ağayar isə söyləyib ki, bir müddət öncə Xudatın sərhəd zastavasında olarkən “Rusiyaya xoş gəlmisiniz” yazıblar.

Sözügedən postun rəy bölməsinə “Azercell” işarələnsə də, mobil operator bununla bağlı açıqlama verməyib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37