“Aztelekom” əməkdaşının faciəli ölümü: evin bir oğlu idi – VİDEO
- HADİSƏMANŞETSON XƏBƏR
- 13.06.2024 09:57
Lənkəranda rabitəçinin ölümü ilə bağlı bəzi detallar məlum olub.
TEMPİNFO xəbər verir ki, yaxınları bildirib ki, əlini qaldırıb xəttə dəyməsi ilə, cərəyanın onu vurması bir olub. Bu zaman Cəmil Həsənov xəndəkdəki suyun içinə düşüb.
O, evin tək oğlu imiş.
Daha ətraflı süjetdə:
Xatırladaq ki, “Aztelekom”un əməkdaşı, internet xətti çəkərkən, rayonunun Mamusta kənd sakini 1992-ci il təvəllüdlü Cəmil Zöhrab oğlu Həsənov ehtiyatsızlıq edib və yüksək gərginlikli elektrik xəttlərinə toxunub. Nəticədə yüksək gərginlikli elektrik vurması baş verib.
C.Həsənov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa həkimə qədər ölüm faktı qeydə alınıb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.