Baboşla Bayram Nurluya dəstək verən vəzifəlilər kimlərdir? – VİDEO

Baboşla Bayram Nurluya dəstək verən vəzifəlilər kimlərdir? – VİDEO

“TV Müsavat”ın aparıcısı Sevinc Telmanqızı sosial mediada tanınan Baboş, Bayram Nurlu və onlar kimi məşhurluq qazanan digər şəxslər barədə diqqətçəkən fikirlər səsləndirib.

TEMPİNFO xəbər verir ki, onun iddiasına görə, ədəbsizliklə məşğul olan şəxslərin dəstəkçiləri bəzi yüksək səviyyəli şəxslərdir.

“Mənim hüquq-mühafizə orqanlarında bir tanışım var. Deyir ki, biz zamanında baboşlar kimi adamları saxlayarırdıq, həbs edirdik. Üzr istəyirəm, əxlaqsızlıqla məşğuldurlar ayrı-ayrı evlərdə. Onları oradan çıxarmaq üçün elə yerlərdən zəng gəlirdi ki, elə adamlar xahişçi, minnətçi olurdu ki, papağın başından düşərdi. Bu adamların elə “krışa”ları, dəstəkçiləri var, siz onları təsəvvür edə bilməzsiniz. Axı açırsan televiziyalara, şou-biznesə baxırsan bunlardırlar. Geyimləri, danışıqları bəlli…”, – aparıcı bildirib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37