“Baboş”un efirə çıxması insanları qəzəbləndirdi – Video

“Baboş”un efirə çıxması insanları qəzəbləndirdi – Video

Tiktokda məşhurlaşan “Baboş” ləqəbli Babək Cabarovun televiziya verilişindəki iştirakı insanları hiddətləndirib.

TEMPİNFO.AZ xəbər verir ki, onun efirə çıxaması, sosial şəbəkədə narazılıqla qarşılanıb.

Verilişdən “Niyə axı?” başlığı ilə paylaşılan kadrların fonuna da televiziyalara etiraz edən şəxsin sözləri yerləşdirilib.

“Hansı nümunəvi hərəkətinə, savadına görə efir vasitəsilə mənim evimin içərisinə daxil olur?!”, – deyə videonun fonuna yerləşdirilən səsdə qeyd edilir.

Paylaşım postunun rəy hissəsində sosial şəbəkə istifadəçiləri də televiziyanın bu addımını kəskin şəkildə tənqid ediblər.

Həmin videonu təqdim edirik:

TEMPİNFO.AZ

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37