“Bağçalı Evlər” MTK cərimələndi

“Bağçalı Evlər” MTK cərimələndi

“Bağçalı Evlər” MTK-ya inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 247.2-ci (Bu Məcəllənin 247.1-ci (Torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi) maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

İş Abşeron Rayon Məhkəməsinin hakimi Cəmilə Səfiyevanın icraatındadır.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37