“Bakcell”in yeni oğurluğu” – Vətəndaş şikayətçidir – FOTO

“Bakcell”in yeni oğurluğu” – Vətəndaş şikayətçidir – FOTO

“Deməli, dostlar 31.05. 2024-cü il saat 01:25-də kart hesabından “Baksell”ə 6 AZN ödəyirəm, 01:25 -də SMS gəlir ki, balansınız 6 azn artırıldı.
01: 28-də məlum olur ki, mən 6 azn – lik internet istifadə etmişəm”.

TEMPİNFO xəbər verir ki, bu sözləri Bakı sakini İslam Mahmudov sosial şəbəklə hesabında “Bakcell”in yeni oğurluğu başlığı ilə yazıb.

Onun sözlərinə görə, məsələnin üzərindən xeyli saat keçməsinə baxmayaraq, onun istifadə etdiyi interneti nə özü tapa bilib, nə də “Bakcell”.

Buna cavab olaraq sözügedən operator şirkəti şikayətçinin postuna şərh yazaraq bildirib ki, şikayətçi nömrəsini onlara göndərsin və müraciət yoxlanılsın.

İ.Mahmudov isə “mobil nömrəmi mesencerə göndərmişəm, deyəsən, məşğul olmaq istəyən yoxdur”, deyə reaksiya verib.

TEMPİNFO

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37