Bakı Ali Neft Məktəbinin Xətai korpusu KÖÇÜRÜLDÜ

Bakı Ali Neft Məktəbinin Xətai korpusu KÖÇÜRÜLDÜ

Bakı Ali Neft Məktəbinin (BANM) Xətai korpusu yeni Ağ şəhər korpusuna köçürülüb.

TEMPİNFO xəbər verir ki, bununla bağlı BANM-in rektoru Elmar Qasımov məlumat paylaşıb.

Rektor qeyd edib ki, yeni korpusda BANM-in davamlı təhsil fakültəsi, ingilis dili və humanitar fənlər mərkəzi fəaliyyət göstərəcək: “Eyni zamanda burada BANM-in nəzdində yeni liseyin yaradılması da nəzərdə tutulur”.

Qeyd edək ki, bundan əvvəl BANM-ın Xətai korpusunda Türkiyə-Azərbaycan Universitetinin yerləşəcəyi barədə xəbər vermişdik.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37