Bakı Beynəlxalq Avtovağzalında bıçaqlanma

Bakı Beynəlxalq Avtovağzalında bıçaqlanma

Bakıda avtovağzalda sürücülər arasında münaqişə bıçaqlanma ilə bitib.

TEMPİNFO xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzal kompleksinin yaxınlığında qeydə alınıb.

Avtobus sürücüsü Bayramov Elnur İsrafil oğlu yol hərəkəti qaydaları ilə bağlı aralarında yaranmış mübahisə zamanı əlindəki kəsici alətlə “Mercedes-benz” markalı avtomobilin sürücüsü Məmmədov Qorxmaz Zəki oğlunun bədəninin müxtəluf nahiyyələrinə xəsarətlər yetirib.

Bayramov Elnur İsrafil oğlu şübhəli şəxs qismində saxlanılıb.

Fakt araşdırılır.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37