Bakı İrəvanın istəyini rədd etdi – Məxfi görüşdən detallar

Bakı İrəvanın istəyini rədd etdi – Məxfi görüşdən detallar

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın “Vətəndaş müqaviləsi” fraksiyasının üzvləri ilə görüşdə azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşünün detalları haqda məlumat yayılmışdı. Bildirilirdi ki, o, Azərbaycanın Almatı Bəyanaməsi ilə sərhədlərin çəkilməsinə razı olmadığını deputatlara çatdırmışdı.

Axar.az xəbər verir ki, erməni mediası bununla bağlı daha bir təfərrüat paylaşıb. İddia edilib ki, Ermənistan tərəfi Almatı Bəyannaməsinə əsaslanan müddəanı sülh sazişinə daxil etmək istəyib, Azərbaycan isə bundan imtina edib.

“Xarici işlər naziri böyük həvəslə məlumat verib ki, hətta Türkiyə də Azərbaycanın mənfi davranışını qəbul etmir və bəyannamənin müddəalarını müqavilədə təsbit etməyə çağırır. Bu o deməkdir ki, müqavilənin mətnində Almatı Bəyannaməsi təsbit edilərsə, bu o demək olacaq ki, o, SSRİ-nin dağıldığı anda Ermənistanı 29,8 min kvadratkilometr ərazidə tanıyacaq. Sual qaldırıldı: Azərbaycan bundan imtina edərsə, hansı sərhədlərlə müqavilə imzalamaq istəyir? Mirzoyan cavab verdi ki, Azərbaycan bu barədə heç nə demir, yəni Ermənistanın özünün sərhədlərini çəkmək istəyir. Sərhədin liberallaşdırılması prosesinə toxunan nazir deyib ki, onlar hələ də bilmirlər ki, növbəti demarkasiyaya hansı ərazidə başlayacaqlar”, – məlumatda bildirilib.

İddia edilib ki, Ermənistan demarkasiyaya Cermuk və ya Azərbaycan hərbçilərinin yerləşdiyi digər yerlərdən başlamaq istəyir:

“Lakin nazirin sözlərinə görə, Azərbaycan bu regionun perspektivini ağrılı şəkildə qəbul edir, hətta bir millimetr torpağı da nəzərə alır”.

Qeyd edək ki, Ceyhun Bayramovla Ararat Mirzoyan 10-11 mayda Almatıda görüşmüşdülər.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37