Bakıda 2 avtobus toqquşdu – Xəsarət alanlar var

Bakıda 2 avtobus toqquşdu – Xəsarət alanlar var

Bakıda avtobus qəzası baş verib. Hadisə metronun “Ulduz” stansiyasının yaxınlığında qeydə alınıb. 36 və 38 saylı marşrut avtobuslarının toqquşması nəticəsində xəsarət alanların olduğu bildirilir.

TƏBİB-dən TEMPİNFO-ya bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 15:00 radələrində Nərimanov rayonu ərazisindən 2 avtobusun toqquşması səbəbilə çağırış daxil olub.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 2 nəfər şəxs (qadın cinsli) müştərək travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37