Bakıda 200 minlik şirkətin əmlakı bölünür
- İQTİSADİYYATSON XƏBƏR
- 24.07.2024 10:37
Ləğvetmə prosesində olan “Bakı Tikinti Konstruksiyaları” ASC-nin əmlakı bölünür.
“Ölkə.Az”ın məlumatına görə, bununla bağlı məsələ cəmiyyətin 10 sentyabr 2024-cü il tarixli səhmdar yığıncağında müzakirə ediləcək.
Belə ki, yığıncağın gündəliyinə 2023-cü ilin maliyyə hesabatının, cəmiyyətin ləğvetmə balansının və əmlakının səhmdarlar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiq edilməsi, ASC-yə məxsus səhmlərin ləğv edilməsi və dövriyyədən çıxarılması məsələləri daxildir.
Qeyd edək ki, “Bakı Tikinti Konstruksiyaları” ASC 06.09.2002 tarixində dövlət qeydiyyatına alınıb və Bakı şəhəri Nərimanov rayonu, Dərnəgül s/zonası, 507-ci küçə, ev məh.2096-dır. Qanuni təmsilçisi Aslanlı Tural Əli oğlu, nizamnamə kapitalı 205 min 92 manatdır.
TEMPİNFO