Bakıda bu küçədə hərəkət məhdudlaşdırılır
- CƏMİYYƏTSON XƏBƏR
- 06.08.2024 12:12
Avqustun 8-də, saat 06:00-dan etibarən Bakının Nəsimi rayonunun 28 May küçəsində (Kövkəb Səfərəliyeva küçəsindən Rəşid Behbudov küçəsinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.
TEMPİNFO xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
“Yol bağlanmır. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”, – deyə məlumatda qeyd olunub.