Bakıda faciə: binadan atıldı, iki nəfər birdən öldü

Bakıda faciə: binadan atıldı, iki nəfər birdən öldü

Bakıda iki ölümlə nəticələnən faciəvi hadisə baş verib.

Lent.az-ın əldə etdiyi məlumata görə, olay Nizami rayonu ərazisində “Siyaqut” şadlıq sarayının yaxınlığında qeydə alınıb.

Gənc oğlan çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən yerə atılıb və bu zaman o həmin binadan çıxan bir nəfərin üzərinə düşüb. Onun komendant olduğu bildirilir.

Nəticədə hər ikisi yerindəcə keçiniblər.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37