Bakıda faciə: Məktəblini “tok” vurub öldürdü – FOTO
- HADİSƏSON XƏBƏR
- 30.07.2024 13:26
Bakı şəhəri Xətai rayonunda yerləşən 245 saylı orta məktəbin həyətində faciə yaşanıb.
TEMPİNFO Modern.az-a istinadən xəbər verir ki, orta məktəbin şagirdi Elmir Bəhruz oğlu Qəhrəmənov elektrik cərəyanı vurması nəticəsində ölüb.
Məlumata görə, yeniyetmə futbol oynamaq üçün məktəbin hasarından keçmək istəyərkən onu elektrik cərəyanı vurub.
Məlumatı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) də təsdiqləyib. Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 29.07.2024-cü il tarixində saat 20:45-də təcili tibbi yardım bölməsinə cərəyan vurma səbəbi ilə gətirilən 17 yaşlı şəxsin (kişi cinsli) müraciəti daxil olub. Təcili tibbi yardım briqadası tərəfindən şəxsin həkiməqədər ölümü qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
TEMPİNFO