İş adamının ölümü yenidən gündəmə gəldi – FOTOLAR

İş adamının ölümü yenidən gündəmə gəldi – FOTOLAR

Bu gün yerli mətbuatda 30 yaşlı iş adamının ölümü ilə nəticələnən yol qəzası baş verdiyi barədə məlumat yayılıb.

TEMPİNFO xəbər verir ki, hadisə 2 il öncə avqustun 28-i saat 23 radələrində paytaxtın Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində baş verib.

Lakin xəbərin yenidən paylaşılması bəzi sayt əməkdaşlarında çaşqınlıq yaradıb və bu xəbər yenidən tirajlanıb.

Xatırladaq ki, naməlum sürücü idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Nurəddin Məmmədlini vuraraq hadisə yerini tərk edib. Nəticədə piyada oradaca ölüb. Avtomobil rayon ərazisində tapılıb.

Qəzada vəfat edən 30 yaşlı N.Məmmədli “Bakumoz” kitab evinin sahibi olub. O, bukinist və dizayner kimi də fəaliyyət göstərib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37