Bakıda “Kristal Abşeron”un binalarındakı mənzillərə çirkli su verilir – VİDEO

Bakıda “Kristal Abşeron”un binalarındakı mənzillərə çirkli su verilir – VİDEO

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsinin sakinləri içməli su təchizatı ilə bağlı problemlər yaşayırlar.

TEMPİNFO xəbər verir ki, bu barədə yazar Ömər Xəyyam videogörüntü yayıb.

Onun sözlərinə görə, qəsəbədə “Kristal Abşeron”un binalarındakı mənzillərə qumlu su verilir.

Videoda suyun tərkibinin xeyli çirkli olduğu görülür.

Sakinlər deyir ki, suyun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə filtrlərdən istifadə etməyə məcbur olurlar. Bildirilir ki, filtr qoyulmadan verilən suyun içmək üçün istifadə olunması təhlükəlidir.

Daha ətraflı:

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37