Bakıda məşhur klinikadan narazılıq: Hər gün təhlükə ilə üzləşirik – FOTO

Bakıda məşhur klinikadan narazılıq: Hər gün təhlükə ilə üzləşirik – FOTO

Nərimanov rayonunda məşhur klinika sakinlərin narazılığına səbəb olub.

TEMPİNFO-nun məlumatına görə, bu barədə sosial şəbəkələrdə fotolar paylaşılıb.

Aşıq Molla Cümə küçəsində yerləşən tibb ocağının səkini zəbt etdiyi bildirilir. Söhbət üçmərtəbəli korpusu olan “International Medical Centre 2” klinikasından gedir.

Müəssisənin bu korpusa da piyadaların işini çətinləşdirib.

“Şüarı “Bizimlə sağlam yaşa” olan klinikaya görə hər gün piyadalar təhlükə ilə üzləşirlər. Küçədə heç 50 metrlik səki anlayışı yoxdur, məcbur yola çıxırıq, mənim özümü az qala maşın vuracaqdı”, – deyə sakinlərdən biri qeyd edib.

Qeyd edək ki, “International Medical Centre Bakı” QSC “Baku Medical Plaza” klinikalar şəbəkəsinə aiddir.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37