Bakıda məşhur obyektləri tikən şirkət bağlanır

Bakıda məşhur obyektləri tikən şirkət bağlanır

Azərbaycanda mühüm layihələri icra edən şirkət bağlanır.

TEMPİNFO-nun məlumatına görə, “Mace International Limited Şirkəti”nin yerli filialı ləğv olunur.

Yerli filial 06.07.2009 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Olga Labadadır.

Şirkət Bakıda böyük layihələrin – “28 Mall” alış-veriş mərkəzi, “Port Baku Rezidens”, “Four Seasons” hoteli, “Milli Gimnastika Arenası” və s. tikintisinə rəhbərlik edib.

“Mace” həmçinin dünya üzrə bir sıra layihələrin müəllifidir. Bunlar Londonda “London Eye” müşahidə çarxı, London şəhərinin inzibati binası – “City Hall”, Dubayda “Jumairah Beach Residence”, “Mall of Emirates” və “Emirates Air Line”dır.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37