“Metro Park”ın qarşısında gənci güllələyən şəxsin TUTULMA ANI

“Metro Park”ın qarşısında gənci güllələyən şəxsin TUTULMA ANI

Paytaxtın Nərimanov rayonunda, axşam saatlarında baş verən silahlı insidentlə bağlı yeni görüntülər yayılıb.

TEMPİNFO xəbər verir ki, kadrlarda odlu silahdan atəş açaraq Tural Kamil oğlu Kosayevi qətlə yetirən 2003-cü il təvəllüdlü İsmayıl İbrahim oğlu Allahverdiyevin bir qrup şəxs tərəfindən tutulması və polisə təslim edilməsi yer alıb.

Həmin görüntüləri təqdim edirik:

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyunun 26-da paytaxtın Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Kosayev Tural Kamil oğlunun odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Allahverdiyev İsmayıl İbrahim oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37