Bakıda “qoçu” sürücü xanımın yolunu kəsib küt alətlə ona hücum etdi – Video

Bakıda “qoçu” sürücü xanımın yolunu kəsib küt alətlə ona hücum etdi – Video

Bakıda taksi sürücü qadın sürücüyə qorxulu anlar yaşadıb. Həmin anlar xanım sürücünün nəqliyyat vasitəsində olan videoqeydiyyatçı tərəfindən lentə alınıb.

Videogörüntülərdən aydın olur ki, hadisə mayın 23-də saat 11:36-da Bakı-Sumqayıt yolunun Beynəlxalq Avtovağzal Kompleksi yaxınlığından keçən hissəsində baş verib.

Belə ki, üzərində taksi nişanı olan nəqliyyat vasitəsinin sürücüsü idarə etdiyi “Opel” markalı 99-UP-654 dövlət nömrə nişanlı avtomobili ilə xanım sürücünün qarşısını kəsib. Daha sonra əlində dəyənəklə nəqliyyat vasitəsindən düşərək xanım sürücünün avtomobilinə doğru hücum çəkib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Məlum hadisənin daha ətraflı təfərrüatını öyrənmək məqsədilə videogörüntü ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə sorğu göndərilib.

oxu.az

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37