Bakıdakı yanğın söndürüldü – Video – Yenilənir

Bakıdakı yanğın söndürüldü – Video – Yenilənir

Bakıda ticarət mərkəzi yanır.

TEMPİNFO xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

“Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “8-ci kilometr bazar”ının yaxınlığında yerləşən ticarət mərkəzlərindən birində baş verən yanğın səbəbindən prospektin hər iki istiqamətində yolda sıxlıq yaranıb. Avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol polisi tərəfindən işlər görülür”, – məlumatda bildirilib.

***

Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

FHN-dən saytımıza verilən məlumata görə, hazırda yanğın məhdudlaşdırılıb.

Belə ki, yanğının genişlənərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb və tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Sosial şəbəkələrdə yayılan videodan məlum olur ki, əslində yanğın ərazidəki “Məkan” adlı kafedə baş verib.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik açıqlanmayıb.

***

FHN-in yaydığı son məlumata görə, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən obyektdə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. 

Əlavə məlumat veriləcək.


  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37