Bakının iki ünvanına dəmir yolu çəkiləcək

Bakının iki ünvanına dəmir yolu çəkiləcək

Hazırda Vahid Nəqliyyat Strategiyası hazırlanır. Bu strategiyaya əsasən, gələcəkdə Hövsan yolunun da bərpası planlaşdırılır.

TEMPİNFO xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib.

O bildirib ki, eyni zamanda Binə qəsəbəsinə və Hava Limanına dəmir yolunun çəkilməsi sözügedən strategiyada qeyd olunub. Bu işlər də mərhələli qaydada görüləcək.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37