“Balalarımdan öncə itlərimin, pişiklərimin yeməyini verirəm” – Video

“Balalarımdan öncə itlərimin, pişiklərimin yeməyini verirəm” – Video

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızının efirində maraqlı məqam ortaya çıxıb.

TEMPİNFO olay-a istinadla xəbər verir ki, bir qadın Oğuz rayonunun Xalxal kəndində itən Mayk (Miki) adlı meymunu üçün “Səni axtarıram”a müraciət edib.

O bildirib ki, ev heyvanı iyunun 4-də itib. X. Hidayətqızı xanımı efirə çıxdığı üçün onu qınayanlara cavab verib:

“İnsan sevgisi olmayanların heyvan sevgisi haradan olacaq? Ona yaxşılıq edən dostunu, ana-atasını, bacısnı, ən yaxın insanlarını saymayan adam, arxadan vuran, yalançı, saxtakar, nankor heyvanı necə sevəcək? Yazıq xanıma, hamı deyir ki, niyə meymun üçün çıxdınız? Düz deyirsiniz, sizi qınamıram. Sizin heyvan sevginizi onlar anlamaz. Ona görə heç üzülməyin.

Mən itlərim üçün burada ağlayanda marketdə mənə gülürdülər ki, başı xarabdır, itləri üçün ağlayır. Təbii ki, cavab vermədim. Amma əlbəttə başını itirmiş həmin şəxsdir, mən deyiləm. İtim üçün lazım olar həyatımdan da keçərəm. Onları balalarımdan ayırmıram. Balalarımdan öncə itlərimin, pişiklərimin yeməyini verirəm. Səhər ilk onları gəzdirirəm. Onlar dilsiz-ağızsızdır. Susuzluğunu, aclığını, isti, ya soyuq olduğunu bizə deyə bilmir. O heyvanlar burada danışmırlar. Amma əmin olun ki, hesab günündə danışacaqlar”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37