Bank “VTB” yolu kəsərək özünə qanunsuz parkinq yaradıb – Video
- CƏMİYYƏTİQTİSADİYYATSON XƏBƏR
- 20.05.2024 12:28
Bakıda yolun hərəkət hissəsinin qanunsuz zəbt olunması ilə bağlı sakinlərdən biri şikayətlənib. Videogörüntünü qeydə alan şəxs bildirir ki, paytaxtın Xətai rayonu 38 ünvanında yerləşən Bank “VTB”nin əməkdaşları yolun hərəkət hissəsinə qanunsuz olaraq dəmir maneələr quraşdırıb.
Avtosfer.az yazır ki, bu maneələri quraşdırmaqla bankın qarşısını qanunsuz parkinqə çeviriblər.
Bildirilir ki, məsələ ilə bağlı həm AYNA-ya, həm də Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət edilib.
Qanunvericiliyə görə, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsi, yaxud avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılması qadağandır. Bu əməlin törədilməsinə görə, İnzibati Xətalar Məcəlləsinin 354.0.4-cü maddəsilə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
TEMPİNFO.AZ