“Bank VTB”nin Azərbaycan filialı 220 milyon manatdan çox zərərdə

“Bank VTB”nin Azərbaycan filialı 220 milyon manatdan çox zərərdə

Cari ilin 3- cü rübündə səhmdar kapitalında dəyişiklik etməyən “Bank VTB”nin Azərbaycan filialı ümumi ehtiyatlarını 450 min manat artıraraq 1 milyon 915 min manata yüksəldib.

TEMPİNFO Kommersant.az-a istinadən xəbər verir ki, bankın yığılmış zərəri ötən ilin sonu ilə müqayisədə 6 milyon 140 min manat azalaraq 220 milyon 85 min manata enib.

Qeyd edək ki, sözügedən bank illərdir zərərdə olduğunu açıqlayır və zərərini bu il də sıfırlanması gözlənilmir.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37