Üç xanıma vəzifə verildi – Baş Prokurorluqda yeni təyinatlar

Üç xanıma vəzifə verildi – Baş Prokurorluqda yeni təyinatlar

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Ədilə Əfəndiyeva, Nigar Hüseynquliyeva və Gültac İsgəndərli Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları təyin olunublar.

TEMPİNFO xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, qeyd olunan şəxslərin prokurorluq orqanlarında səmərəli fəaliyyəti, peşəkarlığı, işgüzarlığı, bilik və bacarığı nəzərə alınmaqla onlar vəzifədə irəli çəkilib.

Məlumat üçün bildirilir ki, bu təyinata qədər Ədilə Əfəndiyeva Bakı Şəhər Prokurorluğunda şöbə prokuroru, Nigar Hüseynquliyeva Şirvan Şəhər Prokurorunun köməkçisi, Gültac İsgəndərli isə Balakən Rayon Prokurorluğunun böyük müstəntiqi vəzifəsində çalışıb.

Prokurorluq orqanlarında islahatlar davam etdirilərək gender bərabərliyi nəzərə alınmaqla gənc, peşəkar və savadlı kadrların komplektləşdirilməsi bundan sonra da həyata keçiriləcək.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37