Baydendən Haniyə açıqlaması: “Çox narahatıq”
- DÜNYASON XƏBƏR
- 02.08.2024 16:35
ABŞ İsrailin təhdidlərə qarşı müdafiəsini dəstəkləməyə və bölgəyə əlavə hərbi qüvvələr yerləşdirməyə hazırdır.
Ölkə.Az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin ölümündən sonra Yaxın Şərqdə artan gərginliklə bağlı danışarkən deyib.
“ABŞ-nin hərbi gəmilərdən ibarət “USS Theodore Roosevelt” təyyarədaşıyan qrupu son həftələrdə Oman körfəzində, “USS Wasp” amfibiya hücum gəmisi və bir sıra digər Hərbi Dəniz Qüvvələrinin gəmiləri də Aralıq dənizində fəaliyyət göstərir. Bu iki donanma qrupu ABŞ-nin əmri ilə İsraili qorumaq üçün gedə bilər”, – Bayden bildirib.
Bununla belə, Bayden Yaxın Şərqdə artan gərginlikdən narahatlığını da dilə gətirib. “Biz bu məsələdən çox narahatıq”, – Bayden qeyd edib.
İsmayıl Haniyənin öldürülməsinin atəşkəs şansına təsiri ilə bağlı sualı cavablandıran Bayden deyib: “Bu kömək etmədi”.