Bayram Nurlunun dalınca aeroporta xidməti avtomobilini göndərən nazir müavini kimdir? – SENSASİYA

Bayram Nurlunun dalınca aeroporta xidməti avtomobilini göndərən nazir müavini kimdir? – SENSASİYA

Məşhur “instagram” fenomeni, özünü ekstrasens kimi təqdim edən Bayram Nurlu ilə bağlı yeni sensasion faktlar ortaya çıxıb. Demokrat.az-ın əldə etdiyi məlumata görə, bu yaxınlarda Bayram Nurlu xarici səfərdən Bakıya qayıdarkən Heydər Əliyev adına Beynəlxalq Aeroportun “VİP” xidmətlərindən istifadə edib. Bu zaman onun dalınca Azərbaycanın nüfuzlu nazirliklərindən birinə təhkim olunmuş AA seriyalı “BMW” markalı avtomobil göndərilib. Bayram Nurlu həmin avtomobilə əyləşərək, müvafiq ünvana gedib.

Araşdırmamız zamanı məlum olub ki, sözügedən avtomobil hazırda Azərbaycanda nazir müavini vəzifəsində çalışan tanınmış şəxslərdən birinin (adı redaksiyaya məlumdur – red) xidməti istifadəsindədir.

Əldə etdiyimiz məlumata görə, Bayram Nurlunu hava limanında qarşılamaq üçün göndərilən xidməti avtomobil sözügedən nazir müavinin şəxsi tapşırığı ilə olub və bundan həmin Nazirlik sonradan məlumat alıb.

Sayt yazır ki, məsələ ilə bağlı sözügedən nazir müavininin mövqeyini öyrənməyə çalışacaq.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37