Bayramovla Mirzoyan Moskvada görüşəcək? – AÇIQLAMA

Bayramovla Mirzoyan Moskvada görüşəcək? – AÇIQLAMA

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Rusiyada səfərdədirlər. Ceyhun Bayramovla Mirzoyan Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Moskvaya gediblər.

TEMPİNFO-nun məlumatına görə, bir sıra ekspert və müşahidəçilər nazirlərin Moskvada görüşünün keçirilə biləcəyini iddia edib.

Ermənistan XİN iddialara aydınlıq gətirib. Bildirilib ki, Rusiyada Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş nəzərdə tutulmayıb.

Qeyd edək ki, Ceyhun Bayramovla Mirzoyan sonuncu dəfə 26 sentyabr 2024-cü il tarixində Nyu-York şəhərində görüşüblər.

Görüş zamanı tərəflər mümkün qısa müddət ərzində Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37