Bazar günləri parklanma ilə bağlı qanunsuz ödənişlər alınır? – VİDEO

Bazar günləri parklanma ilə bağlı qanunsuz ödənişlər alınır? – VİDEO

Şəhərin dörd bir tərəfində vurulan lövhələrdə “bazar günləri parklanma ödənişsizdir” yazılsa da, əslində paytaxtın bir çox yerlərində vətəndaşlardan parklanmaya görə qanunsuz ödənişlər alınır.

TEMPİNFO xəbər verir ki, sürücülər də mövcud vəziyyətdən narazı olduqlarını bildiriblər.

Onların bəziləri isə əksini düşünərək ənənəvi ödəniş üsulundan razı olduğunu deyiblər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət olunsa da, heç bir cavab alınmayıb.

Xatırladaq ki, hər axşam saat 22:00-dan, səhər saat 7-yə qədər və bazar günləri fəaliyyət göstərən zonalar üzrə parklanma pulsuzdur.

Ətraflı süjetdə:

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37