BDU-nun şöbə müdiri vəfat etdi

BDU-nun şöbə müdiri vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Təhsil sənədləri və elektron məlumatlar şöbəsinin müdiri Gülər Pənahova vəfat edib.

TEMPİNFO xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

Bildirilib ki, G. Pənahova 1970-ci ildə Bakıda anadan olub. 1993-cü ildən 2019-cu ilə qədər BDU-da Tələbə şöbəsinin baş laborantı vəzifəsində çalışıb. 2019-cu ildən Təhsil sənədləri və elektron məlumatlar şöbəsinin müdiri işləyib.

 

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37