Belarus səfiri Paşinyan iqtidarının “bostanına daş atdı”

Belarus səfiri Paşinyan iqtidarının “bostanına daş atdı”

“2024-cü il yanvarın 1-dən Avrasiya İqtisadi İttifaqı (Aİİ) orqanlarına sədrlik Ermənistan Respublikasına keçib və Nikol Paşinyan Aİİ-nin dövlət başçılarına müraciətində Ermənistanın prioritetlərinin İttifaqın prioritetlərinə uyğun olduğunu vurğulayıb”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Belarusun Ermənistandakı səfiri Aleksandr Konyuk Avrasiya Ekspert Klubunun “Ermənistan Aİİ-də: Avrasiya iqtisadi inteqrasiyasının reallıqları və perspektivləri” mövzusunda keçirdiyi onuncu konfransı zamanı bildirib.

Belarus səfiri son dövrlərdə avrointeqrasiyaya meyl edən Paşinyan iqtidarının “bostanına daş atmağı” unutmayıb.

Onun sözlərinə görə, indi Ermənistan dövlətçiliyinin inkişafında çətin dövrdür və getdikcə daha çox insan siyasətə diqqət yetirir. Amma hər şeyin kökündə iqtisadiyyat dayanır.

Musavat.com

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37