Bəşər Əsədin qardaşının öldürülməsi təkzib edilidi

Bəşər Əsədin qardaşının öldürülməsi təkzib edilidi

Suriya Prezidenti Bəşər Əsədin qardaşı Mahir Əsədin İsrailin hücumu zamanı öldürülməsi ilə bağlı yayılan xəbər təkzib edilib.

TEMPİNFO xəbər verir ki, bu barədə “Sky News” agentliyi Suriya hakimiyyətinə yaxın mənbələrə istinadən məlumat yayıb.

Öz növbəsində Suriya mediası da bu barədə yayılan xəbərləri təkzib edib. Qeyd olunur ki, Mahir Əsədin səhhəti yaxşıdır, o heç bir xəsarət almayıb və iş başındadır.

                                                      *** 13:13

Suriya Prezidenti Bəşər Əsədin qardaşı Mahir Əsəd İsrailin hücumu nəticəsində öldürülüb.

TEMPİNFO xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, bu iddia İsrail mənbələri tərəfindən irəli sürülsə də, hələ ki təsdiqini tapmayıb.

TEMPİNFO

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37