Beşiktaş Joze Mourinyo ilə razılaşa bilər

Beşiktaş Joze Mourinyo ilə razılaşa bilər

İstanbulun “Beşiktaş” klubunun vitse-prezidenti Hüseyin Yücel portuqaliyalı baş məşqçi Joze Mourinyo ilə danışıqlardan danışıb.

TEMPİNFO.AZ-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, funksioner məşhur məşqçi ilə görüşdüyünü qeyd edib.

“Təxminən bir ay əvvəl İstanbulda Joze Mourinyo ilə tanış oldum və onu “Beşiktaş”da görmək istədiyimi, klubumuza uyğun olduğunu söylədim. Joze Mourinyo təklifdən sonra vəziyyəti dəyərləndirəcəyini bildirib. Beşiktaşı izləyəcək və mənimlə əlaqə saxlayacaq.

Mourinyo bir müddət sonra yenidən zəng edib və gəlməyə razılaşıb. Gələn həftə İtaliyada başqa bir görüşüm var. O, “Beşiktaş”da çalışmaq istədiyini də bildirib. Biz J. Mourinyonun iqtisadi gözləntilərini qarşıladıq və sponsorluq dəstəyi üzərində də işləyirik. Biz rəqəmləri uyğunlaşdırmağa hazırıq. Mourinyo ilə bağlı məsələyə direktorlar şurasında baxacağıq. Gələn həftə sonuncu görüşü İtaliyada keçirəcəyik”, – deyə Yücel bildirib.

Xatırladaq ki, portuqaliyalı mütəxəssis hazırda heç bir klubun baş məşqçisi deyil. Onun son iş yeri 2021-ci ildən 2024-cü ilin yanvarına kimi rəhbərlik etdiyi İtaliyanın “Roma” klubu olub.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37