Beynəlxalq Bankdan səhm almaq istəyənlərin nəzərinə: “Bir il yaxşı işləyir, mənfəət olur, növbəti il yox…”

Beynəlxalq Bankdan səhm almaq istəyənlərin nəzərinə: “Bir il yaxşı işləyir, mənfəət olur, növbəti il yox…”

“Beynəlxalq Bank bir neçə il bundan əvvəl tam müflis idi. Dövlət ona kömək etdi. Beynəlxalq Bank əgər səhm buraxırsa, o deməkdir ki, dövlət onu maliyyələşdirmir. Yəni istəmir ki, ora əlavə pul versin. Deyir ki, “get, camaatdan yığ”. Şəxsən mən səhm almazdım. Əlbəttə, hərənin öz qərarıdır…”

TEMPİNFO xəbər verir ki, bu sözləri Pravda.az-a hüquqşünas Əkrəm Həsənov Beynəlxalq Bank və digər bankların vətəndaşlara səhm təklif etməsinə münasibət bildirərkən deyib.

“Səhmdar bankın sahiblərindən biridir, əmanət qoyan isə yox. Əmanət qoyan borc verir. Buna görə də əmanət üzrə faiz sabitdir. Tutaq ki, vətəndaş 10%-dən 1000 manat əmanət qoyub. İldə sabit 100 manat ona veriləcək. Səhmdar isə sahibdir. O, öz qoyduğu paya mütənasib bankın mənfəətindən dividend alacaq. Mənfəət olacaqsa, dividend alacaq, olmayacaqsa, almayacaq. Mənfəət nə qədər çox oldusa, dividend də çox olacaq. Yəni burada risk daha çoxdur. Səhmdar başa düşməlidir ki, o, azlıqda olan səhmdar olacaq. Çoxluqda olan isə dövlətdir. Bütün qərarlar səhmdarsız qəbul olunacaq. Çünki onun çox az hissəsi var. Hətta səhmdarların hamısı çoxluqda birləşəndə pərakəndədirlər. Beynəlxalq Bank xüsusilə belədir. Bir il yaxşı işləyir, mənfəət olur, növbəti il yox…”, – o bildirib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37