Binəqədidə 39 yaşlı qadının meyiti tapıldı

Binəqədidə 39 yaşlı qadının meyiti tapıldı

Bakı şəhər Binəqədi rayonu ərazisində evlərin birində meyit tapılıb.

“Qafqazinfo” xəbər verir ki, 1985-ci il təvəllüdlü Səbinə İlizarovna Şərifovanın meyiti yaşadığı Binəqədi qəsəbəsi 3-cü Mədən massivindəki mənzildə tapılıb.

Meyit üzərində zorakılıq əlaməti aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37