“Bir az ədalətli olaq! Ana dilimizdə futbola baxmaqdan zövq almaq lazımdır”
- Avro-2024İDMANSON XƏBƏR
- 19.06.2024 19:44
Hər dəfə dünya və ya Avropa çempionatı keçiriləndə Azərbaycanda futboldan çox televiziya şərhçiləri müzakirə olunur. Bu dəfə də İctimai TV-nin şərhçiləri hədəfə gəlib. Futboldan başı çıxan da, çıxmayan da şərhçiləri pisləyir, türkiyəli və ya rusiyalı şərhçilərlə müqayisə edib üstünlüyü qonşulara verirlər.
Bir az ədalətli olaq, dostlar! Siz doğma ana dilimizdə futbola baxırsınız ki, ilk növbədə bu faktdan zövq almaq lazımdır.
TEMPİNFO xəbər verir ki, bu sözləri tanınmış jurnalist Cavid İsmayıl bildirib.
Onun sözlərinə görə, İctimai TV-nin şərhçi kimi cəlb etdiyi Gündüz Abbaszadə, Elnur Memmedli illərini bu sahəyə vermiş peşəkar aparıcılardır: “Özümüzü bəyənməmək isə 200 illik işğalın nəticəsidir. İki əsr bizi inandırıblar ki, biz heç nə bacarmırıq, böyük qardaşsız yaşaya bilmərik. Bu düşüncədən azad olmaq vaxtıdır!”
Qeyd edək ki, son günlər İTV kanalında yayımlanan futbol matçlarının şərhçilərinin çıxışı birmənalı qarşılanmır. Bəzi insanlar yerli aparıcıları bəyənsə də, bəziləri xarici telekanalları üstün tutur. Bunun fonunda isə ölkə daxilində AVRO-2024-ü yayımlayan başqa telekanalların fəaliyyətinin məhdudlaşdırılması narazlıq doğurub.
TEMPİNFO