“Bir dənə Kamil Zeynallıya görə 8 il?” – Məhkəmədə ETİRAZ
- HADİSƏSON XƏBƏR
- 31.05.2024 14:52
İdmançı Kamil Zeynallı və daha 8 nəfərin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan “Oba Construction” tikinti şirkətinin müdiri Emil Ağayevin məhkəməsi yekunlaşıb.
TEMPİNFO-nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Əli Məmmədovun sədrlik etdiyi hakimlər heyətinin hökmü ilə Emil Ağayev 8 il müddətinə azadlıqdan məhrum edilib.
“Bir dənə Kamilə görə mənə 8 il iş verdiniz. Belə ədalət olmaz” – E.Ağayev hökmə münasibət bildirərkən deyib.
Qeyd edək ki, E.Ağayev zərərçəkmişlərə 300 min manata yaxın maddi ziyan vurub. (Qafqazinfo)
TEMPİNFO