BOKT “İnkişaf üçün Maliyyə”yə 30 min manatadək cərimə protokolu yazılıb

BOKT “İnkişaf üçün Maliyyə”yə 30 min manatadək cərimə protokolu yazılıb

BOKT “İnkişaf üçün Maliyyə” MMC-yə cərimə protokolu yazılıb.

TEMPİNFO-nun məlumatına görə, BOKT barədə İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Hakim Elməddin Hüseynovun sədrliyi ilə keçiriləcək məhkəmənin baxış iclası 12.06.2024, saat 14:40-da olacaq.

Qeyd edək ki, Məcəllənin 598.1.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması) maddəsinə əsasən, yəni maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37