“Bravo”ya basqın edənlərə hökm oxundu – Ömürlük həbs də var

“Bravo”ya basqın edənlərə hökm oxundu – Ömürlük həbs də var

“Bravo” hipermarketinə silahlı basqınla bağlı məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Təqsirləndirilən şəxslər hər biri ayrı-ayrılıqda verilmiş ittihamlarla təqsirli  biliniblər.

Hökmə əsasən, Dəyanət Qüdrətov ömürlük, Azər Məmmədov və İbrahim İbrahimov 19 il, Səbuhi Qurbanov 18 il 6 ay, Rövşən İsmayılov 4 il 11 ay 28 gün Babək İsgəndərov isə 3 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Bu günə kimi azadlıqda olan R.İsmayılov və B.İsgəndərov məhkəmə zalında həbs ediliblər. 

Hökmdən əvvəl Dəyanət Qüdrətovdan başqa digər təqsirləndirilənlər bəraət istəyiblər. D.Qüdrətov isə yüngül cəza təyin edilməsini xahiş edib.

Xatırladaq ki, hipermarketə basqında 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Hadisəyə görə, Ruhlan İsmayılov, Dəyanət Qüdrətov, Azər Məmmədov, Səbuhi Qurbanov, İbrahim İbrahimovun, Babək İsgəndərov və Rövşən İsmayılov cinayət məsuliyyətinə cəlb edilib.

Əməliyyat zamanı Ruhlan İsmayılov avtomat silahdan polis əməkdaşlarına müqavimət göstərib. Görülmüş tədbirlər nəticəsində o, polis tərəfindən məhv edilib. Onun işi ayrıca icraata verilib.

 



  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37