“Brent” neftinin qiyməti 78 dolları ötüb – Avqustdan bəri İLK DƏFƏ

“Brent” neftinin qiyməti 78 dolları ötüb – Avqustdan bəri İLK DƏFƏ

Londonun ICE birjasında “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti avqustun 30-dan bəri ilk dəfə bir barel üçün 78 dolları ötüb.

TEMPİNFO xəbər verir ki, xam neftin qiyməti bu həftə Yaxın Şərqdə münaqişənin kəskinləşməsi ilə təxminən 8% bahalaşıb.

Bu, 2023-cü ilin fevralından bəri ən yüksək göstəricidir.

Oktyabrın 3-də Co Baydenin ABŞ-ın İsrail ərazisinə raket hücumuna cavab olaraq İranın neft obyektlərinə hücum imkanlarını müzakirə etdiyi barədə bəyanatından sonra neftin qiyməti 5% artıb.

“Bloomberg” Amerika hökumətindəki mənbəyə istinadən yazıb ki, administrasiya hələ də İsraillə danışıqlar aparır.

Bundan əvvəl Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdüləziz bin Salman Əl Səud neftin qiymətinin tezliklə bir barel üçün 50 dollara düşəcəyi barədə xəbərdarlıq etsə də, OPEC bu məlumatları uydurma adlandırmışdı.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37