Britaniya ordusu hazırlıq vəziyyətinə gətirildi: Vətəndaşlar Livandan təxliyə edilirlər?

Britaniya ordusu hazırlıq vəziyyətinə gətirildi: Vətəndaşlar Livandan təxliyə edilirlər?

Mindən çox Britaniya hərbçisi hazırlıq vəziyyətinə gətirilib. Zərurət yaranarsa, Britaniya vətəndaşları Livandan təxliyə ediləcəklər.

Bu barədə TEMPİNFO BBC-yə istinadən xəbər verib.

Xatırladaq ki, daha əvvəl Britaniya Xarici İşlər Nazirliyi Yaxın Şərqdə vəziyyətin tez bir zamanda pisləşə biləcəyini bəyan edib.

Həmçinin şənbə günü nazirlik yenidən öz vətəndaşlarını Livanı tərk etməyə çağırıb. Xarici işlər naziri Devid Lemmi bildirib ki, qiymətləndirmələrə görə, hazırda Livanda təxminən 16 min britaniyalı var.

Qeyd edək ki, vətəndaşlarını mümkün qədər tez Livanı tərk etməyə çağıran ölkələr arasında ABŞ, Böyük Britaniya, Avstraliya, Fransa, Kanada, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Yaponiya, Türkiyə və İordaniya da var.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37