Britaniya səfiri işçisinə silah tuşladı, vəzifəsini itirdi – Video

Britaniya səfiri işçisinə silah tuşladı, vəzifəsini itirdi – Video

Böyük Britaniyanın Meksikadakı səfiri Con Benjamin vəzifəsindən uzaqlaşdırılıb.

TEMPİNFO xəbər verir ki, buna səbəb onun diplomatik heyət üzvünə silah tuşlamasıdır.

Hadisənin aprel ayında baş verdiyi qeyd olunub. Bildirilib ki, səfir Meksikanın şimalında narkotik kartelləri ilə tanınan Duranqo və Sinaloa ştatlarına səfəri zamanı bunu edib. Diplomat avtomobildə olarkən əlinə avtomat götürərək zarafatyana tabeliyində olanlardan birinə tuşlayıb.

Benjaminin həmin görüntüləri sosial şəbəkələrdə yayılıb. Bundan sonra isə o, vəzifəsindən uzaqlaşdırılıb.

 

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37