Britaniya səfirliyindən İlham Əliyevlə bağlı paylaşım: Hər şeyin təzəsi, dostun köhnəsi

Britaniya səfirliyindən İlham Əliyevlə bağlı paylaşım: Hər şeyin təzəsi, dostun köhnəsi

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi kral III Çarlzın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə diqqət çəkib.

Səfirliyin “X” hesabında Kral III Çarlzın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyü foto paylaşılıb.

“Hər şeyin təzəsi, dostun köhnəsi” – fotoya şərh olaraq yazılıb.

Bildirək ki, fotoda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də yer alıb.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37