Bu, birbaşa şəhərə qarşı düşmənçilikdir, bəsdirin artıq! – Memardan sərt sözlər – FOTOLAR

Bu, birbaşa şəhərə qarşı düşmənçilikdir, bəsdirin artıq! – Memardan sərt sözlər – FOTOLAR

“COP29 çərçivəsində Bakınım tarixi binaları “təmir” adı ilə daha bir memarlıq vandalizminin qurbanı olmağa davam edir, bu dəfə bu işlərə bilirsiniz kim rəhbərlik edir? Bütün günü tarixi binaların qorunmasından danışan, özünün hələ heç bir real işini görmədiyimiz Elçin Tofiq oğlu Əliyev. Bakı Abadlıq Xidmətinin baş konsultant memarı olan Elçin Əliyev, hal hazırda, xüsusən tarixi binaları, memarlıq terroruna məruz qoyur”.

TEMPİNFO xəbər verir ki, bu sözləri memar Dilqəm İsmayılov bildirib.

Ekspert qeyd edib ki, Elçin Əliyev onun suallarına heç bir cavab verməyib və bütün sosial şəbəkələrdə memarı bloka salıb: “Bu nə deməkdir? Kim və nə üçün bu binaları bu günə qoyur? Yaxşı, bəs Azərbaycan Memarlar İttifaqı – Union of Azerbaijan Architects, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti , Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Səbail Rayon İcra Hakimiyyəti, Bakı Şəhər İcra Hakimiyyəti hara baxır? Digər qurumlar, Bakını sevən insanlar niyə səssiz qalır, mən Bakı Abadlıq Xidmətinin, xüsusən Elçin Əliyevin gördüyü bəzi “bərpa-təmir” işləri zamanı, binaların orijinal məhəccərlərinin yoxa çıxardığı haqqında post yazmışdım, amma təəssüf ki, Bakı Abadlıq Xidməti səssiz qaldı, Elçin Əliyev isə heç bir cavab verməyərək məni bütün sosial şəbəkələrdən bloka atdı”.

“Bəsdirin artıq, Bakını, onun tarixi binalarını məhv etdiyiniz, bu qədər də olmaz! Kimsə buna bir son qoyacaq? Bu, birbaşa şəhərə, şəhərin tarixinə qarşı düşmənçilikdir”, – deyə o vurğulayıb.

Memar hər kəsdən xahiş edib ki, postun ictimailəşdiriməsinə kömək etsinlər: “Şəhəri qorumaq üçün mütləq memar olmaq lazım deyil, bu hər birimizin mənəvi borcudur”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37