“Bu cərimənin artmasına necə sevinməmək olar?”

“Bu cərimənin artmasına necə sevinməmək olar?”

“Dünyanın əksər ölkələrində gəzəndə deyirik ki, “Bura necə təmizdir, necə gözəldir, insanlar necə mədənidirlər. Yerə heç nə atmırlar”. Bu elə bilirsiniz ki, birdən-birə belə olub? Yox, hər ölkənin özünəməxsus bir tarixçəsi var. Almaniyanı Hitler güllələyə-güllələyə Almaniya elədi. İndi alman dəqiqliiyi deyilən bir anlayış var. Digər ölkələrdə yüksək cərimələr, ictimai qınaqlar var. Bu illərlə davam edib”.

TEMPİNFO xəbər verir ki, bunu aparıcı İlkin Həsəni sosial şəbəkədəki paylaşımında deyib. O, tullantıların ətraf mühitə atılmasına görə cərimələrin artırılmasına etiraz edənləri anlaya bilmədiyini qeyd edib:

 

“Bir insan necə zibilin kənara atılmasına görə cərimənin artırılmasına etiraz edə bilər? Bu cərimənin artmasına necə sevinməmək olar? Necə etiraz etmək olar? Hansı beyin sahibi olmalısan ki, buna etiraz edəsən? Odur ki, ətrafımızı, şəhərimizi təmiz saxlayaq. Düzdür ölkəmizdə, paytaxtımızda kifayət qədər zibil qabı yoxdur, razıyam. Amma olacaq, tənqid, xahiş edəcəyik, qınayacağıq və çoxalacaq. Amma bu o demək deyil ki, ətrafımda zibil qabı yoxdursa, əlimdəkini yerə atmalıyam. Çox təəssüf edirəm ki, bu mövzu haqda geniş danışıram. 2024-cü ildir, bəlkə də Amerikada, Avropda yaşayan soydaşlarımız bizim mövzularımıza baxıb gülürlər ki, hələ də insanlar Azərbaycanda zibili ətrafa, siqareti çəkib maşından çölə atırlar. Gəlin, özümüzü onlara güldürməyək”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37