Bu il ali məktəblərə qəbul balı arta bilər? – DİM

Bu il ali məktəblərə qəbul balı arta bilər? – DİM

“Builki keçid balları ümumi nəticələrə əsasən formalaşacaq”.

TEMPİNFO.AZ xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı mərhələsi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Eləcə də, ixtisasa müraciət edənlərin sayı da keçid balına təsir edən məsələdir. Builki keçid ballarına uşaqların nəticələrindəki orta balın yüksəlməsi təsir edəcək.

Eləcə də, Azərbaycanda bu il iki yeni universitetə də qəbul olacaq. Bu mənada, balların artması yüksəkprestijli ixtisaslarda ola bilər, amma bunu konkret demək çətindir”, – o əlavə edib.

TEMPİNFO.AZ

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37