Bu il qarpız niyə baha olacaq? – VİDEO

Bu il qarpız niyə baha olacaq? – VİDEO

Bu il qarpız mövsümünün erkən başa çatacağı gözlənilir. Səbəb isə qarpız kolları üzərində məhsulun olduqca az olmasıdır.

TEMPİNFO xəbər verir ki, fermerlər mövsümün əvvəlində ümidli idilər ki, bu il bol məhsul tədarük edəcəklər. Bunun üçün səbəbləri də var idi. Çünki hava yaxşı keçir, bitki normal inkişaf edirdi. Amma qeyri-sabit hava şəraiti vəziyyəti dəyişdi.

Fermerlər deyirlər ki, məhsul ötən ilkindən az olacaq. Çəkilən xərclər də nəzərə alınsa, qarpızın daha baha satılacağı ehtimal edilir.

Təsərrüfatçıların qənaətinə görə, məhsuldarlıqda təxminən 30-40 faiz itki gözlənilir.

Ətraflı “AzTV Xəbər”in süjetində:

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37