Bu məzunlar əsgərliyini universitetdə çəkəcəklər

Bu məzunlar əsgərliyini universitetdə çəkəcəklər

Universiteti bitirən gənc İT mütəxəssislər əsgərliyi yenidən digər universitetdə davam etdirəcəklər

TEMPİNFO xəbər verir ki, bu barədə  İKT üzrə mütəxəssisi Osman Gündüz Müdafiə Nazirliyinin hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq etməsi ilə bağlı qərarını şərh edərkən bildirib.

“Yeni əsgərlik konsepsiyasına əsasən Milli Müdafiə Universitetinin tərkibində yeni bölmələr yaradılır.

Digər universitetlərin, o cümlədən xarici universitetlərin bakalavr və magistraturasını İT ixtisaslar üzrə uğurla bitirənlər Milli Müdafiə Universitetinin tərkibində həmin bölmələrdə xüsusi şəraitdə əsgərliklərini davam etdirəcəklər.

Onlar öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunacaqlar”, – ekspert bildirib.

O.Gündüzün sözlərinə görə, bununla da Ordumuzda yeni intellektual qabiliyyətli bölmələr yaradılmasına start verilir.

“Düşünürəm ki, çox faydalı və əhəmiyyətli bir addımdır. Bununla da təhsili yeni başa vuran  İT mütəxəssislər həm öz bilik və bacarıqlarını təkmilləşdirərək faydalı təcrübə qazanacaq, həm də Orduda rəqəmsal bacarıqların inkişafına və yeni imkanların yaradılmasına əhəmiyyətli töhfə verəcəklər”, – o deyib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37