“Bu nə dilənçilikdir? Başınız xarab olub, yoxsa mən maymağam, düşüklər”

“Bu nə dilənçilikdir? Başınız xarab olub, yoxsa mən maymağam, düşüklər”

“Məni maddiyyata görə hansı səhifələr narahat etsə, həmin səhifələri və yazılanları paylaşacam. Bəsdir artıq, bu nədir?! Bu nə dilənçilikdir? Başınız xarab olub, yoxsa məni maymaq hesab edirsiniz?”

TEMPİNFO xəbər verir ki, bu sözləri müğənni Nüşabə Musayeva ondan maddi yardım istəyən izləyicilərinə xitabən deyib.

“Biri yazır, uşağıma “iPhone” al, biri deyir, təhsil haqqımı ödə, biri deyir, mətbəximi, damımı təmir et, o biri deyir, geyimlərini ver, geyinək…

Siz nə deyib yaşayırsınız? Çörək tapmayıb xəstəlikdən əziyyət çəkən insanlar var. Sizin kefinizə bax”, –  o bildirib.

Müğənni sərt şəkildə onlara etirazını ifadə edib: “Bir söz tapıblar: “bir ana kimi yazıb sizə yalvarıram”, “3 uşaq anasıyam”. Doğub əkəndə mənə demişdiniz, yoxsa dədənizə borcum var? Bu səhifədə pul kəsilmir. Elə bil, banka və ya fonda müraciət edirlərmiş kimi, hələ bir tələb də edirlər ki, “verməsən, inciyərəm”. Niyə? Öhdəmə götürmüşəm sizi? Ya əhd eləmişəm ki, işləyib qazanacağam, verəcəyəm, siz yeyəcəksiniz? Canınız çıxsın, qazanın, işləyin, xərcləyin! Asan, rahat yol tapıblar, düşüklər!”

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37